“Balotelli satılmır” – Brendan Rocers

“Balotelli satılmır” – Brendan Rocers
XƏBƏR 28 Dekabr 2014 / 14:10 3622
-  A +

“Liverpul”un baş məşqçisi Brendan Rocers komandanın hücumçusu Mario Balotellinin İtaliya “İnter”inə satılacağı ilə bağlı xəbərə münasibət bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Rocers Balotelliyə oyunlarda az şans verməsinə baxmayaraq onu komandada saxlamaq fikrində olduğunu deyib:

“Mario “Liverpul”a mövsümün əvvəlində gəlib. Düzdür, özünü yaxşı tərəfdən göstərə bilmir, ancaq ona zaman vermək lazımdır. Balotellini satmaq fikrimiz yoxdur”.

Qeyd edək ki, 24 yaşlı hücumçu bu il “Milan”dan “Liverpul”a keçib.

Son xəbərlər