Xorvatiyada ilin futbolçusu müəyyənləşdi

Xorvatiyada ilin futbolçusu müəyyənləşdi
XƏBƏR 28 Dekabr 2014 / 12:44 3685
-  A +

Xorvatiyada 2014-cü ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.Az-ın xəbərinə görə, bu ada Madrid “Real”ının və milli komandanın üzvü Luka Modriç layiq görülüb. İkinci yeri “Atletiko”lu Mario Mandjukiç, üçüncü yeri isə “Barselona”lı İvan Rakitiç tutub.

29 yaşlı Modriç artıq dördüncü dəfədir ilin oyunçusu olur.

Qeyd edək ki, Luka Modriç “Real”la birgə bu il Çempionlar Liqası qalibi olub və İspaniya kubokunu qazanıb.


Son xəbərlər