Azərbaycanın "Qəbələ" futbol komandasının qapıçılarla işləyən məşqçisi vəzifəsindən ayrılan Dmitri Kramarenko Rusiyanın paytaxtı Moskvaya yollanıb.
Qol.Az-ın xəbərinə görə, bu barədə "Report"a D.Kramarenkonun özü məlumat verib.
40 yaşlı mütəxəssis qonşu ölkəyə övladları, həyat yoldaşı, anasını görməyə və Yeni İli onlarla birgə keçirməyə getdiyini bildirib. Azərbaycan yığmasının sabiq qapıçısı Moskvada olduğu müddətdə "Qəbələ"nin sabiq baş məşqçisi, hazırda Rusiyanın "Mordoviya" komandasına rəhbərlik edən Yuri Syominlə görüşəcəyini də əlavə edib: "Syominlə danışdım. "Qəbələ"dən ayrılmağımın səbəbini soruşdu. Mən də Roman Qriqorçukun "Qəbələ"də öz köməkçiləri ilə işləmək istədiyini dedim. O isə "Gəl Moskvaya, görüşüb söhbət edək" dedi. Əslində bu komandaya məni məhz Syomin gətirmişdi. Onun rəhbərliyi altında ötən mövsümü pis keçirməmişdik. İndi isə yeni baş məşqçinin öz komandası ilə işləmək istəməsini normal qarşıladım, Klubdan dostcasına ayrıldım".
D.Kramarenko uzun müddət Azərbaycan futboluna xidmət etmiş şəxs kimi yerli klublardan və AFFA-dan da təklif gözlədiyini əlavə edib.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı
"Trabzonspor" və "Kayrat" qalib gəldilər