"Türkiyəyə qayıtmayacam" - Arda Turan

"Türkiyəyə qayıtmayacam" - Arda Turan
XƏBƏR 24 Dekabr 2014 / 17:08 3847
-  A +

"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın "NTVspor"a istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu karyerasının sonuna qədər ölkəsinə qayıtmağı düşünmədiyini bildirib:

"Atletiko"da çox xoşbəxtəm. Bacardığım qədər Avropada oynayacam. Karyeramın sonuna qədər Türkiyəyə qayıtmağı düşünmürəm".

Qeyd edək ki, Arda 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya transfer olunub.

Daha çox


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu