"Qarabağ"ın qolunun müəllifi dəyişdirildi

"Qarabağ"ın qolunun müəllifi dəyişdirildi
XƏBƏR 24 Dekabr 2014 / 14:44 8394
-  A +

Azərbaycan Premyer Liqasının 17-ci turunda keçirilən "Xəzər Lənkəran" - “Qarabağ”  oyununda vurulan qolların müəllifində dəyişiklik edilib.


Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Qarabağ”ın üçüncü qolu Bədavi Hüseynovun aktivindən silinərək, “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanovun passivinə yazılıb.

Qeyd edək ki,  "Xəzər Lənkəran" - "Qarabağ" matçı qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər