Millimizin rəqibi dəyişdi

Millimizin rəqibi dəyişdi
XƏBƏR 24 Dekabr 2014 / 11:47 2542
-  A +

2015-ci il yanvarın 3-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında keçiriləcək FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə Azərbaycan yığmasının rəqiblərindən biri dəyişib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Albaniya yığması turnirdə iştirak etməyəcəyi üçün komandamız qrupda 1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Rusiya-2 yığması ilə qarşılaşacaq.
 
Yığmamızın digər rəqibi Yaponiya komandasıdır.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu