"Arsenal"dan PSJ-yə 50 milyon funt

"Arsenal"dan PSJ-yə 50 milyon funt
XƏBƏR 24 Dekabr 2014 / 11:22 4545
-  A +

PSJ klubunun hücumçusu Edinson Kavani gələn ay komandasını dəyişə bilər.

Qol.Az-ın "Daily Express"ə istinadən verdiyi məlumata görə, "Arsenal" klubu uruqvaylı futbolçu ilə yaxından maraqlanır.

London təmsilçisi Kavani üçün PSJ-yə 50 milyon funt-sterlinq təklif edib. Təcrübəli futbolçunun bu təklifi müsbət qarşıladığı bildirilir. Tərəflər maliyyə məsələsində razılığa gələcəkləri təqdirdə, Kavani yanvar ayından PSJ-də çıxış edəcək.

Qeyd edək ki, Kavani bu mövsüm PSJ-də keçirdiyi 26 oyunda 13 qola imza atıb. 


Son xəbərlər