“Qarabağ”, “Neftçi” və “Qəbələ”dən təklif almışam”

“Qarabağ”, “Neftçi” və “Qəbələ”dən təklif almışam”
XƏBƏR 23 Dekabr 2014 / 13:13 5687
-  A +

Azərbaycan Premyer Liqasının hazırkı bombardiri Nurlan Novruzov bir neçə klubun maraq dairəsinə düşüb.

Bu barədə Qol.Az-a “Bakı”nın hücumçusu özü məlumat verib. Bildirib ki, “Qarabağ”, “Neftçi” və “Qəbələ” klubu onu heyətinə cəlb etməyə çalışır:

“Hazırda bu üç klubla danışıqlar gedir.  İki-üç  gündən sonra hansı kluba keçəcəyim dəqiq bilinəcək.  Hər üç klubda çıxış etmək mənim üçün çox xoş olar. Ancaq “Neftçi”də oynamağı daha çox istəyirəm. İnanıram ki,  bu komandada əsas heyət oyunçusuna çevrilə bilərəm”.

Qeyd edək ki, 9 qolla Premyer Liqamızın bombardiri olan gənc hücumçu 21 yaşlılardan ibarət milli komandamızın üzvüdür.

Daha çox


Son xəbərlər