Dekabrın 22-də Milli Olimpiya Komitəsi 2014-cü ilə yekunlarına dair tədbir keçirib.
Qol.Az-ın AzərTAc-a istinadən yaydığı xəbərə görə, ölkə başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev də mərasimdə iştirak edib.
Prezident tədbirdə çıxış edərək idmançılarımızın 2014-cü ildə qazandığı nailiyyətlərdən danışıb: "Azərbaycan bu gün dünyada idman dövləti kimi tanınır. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, cəmiyyətlər, klublar, bir sözlə, idman Azərbaycanda uğurla inkişaf edir. Demək istəyirəm ki, Azərbaycanın idman nailiyyətləri artıq dünyada yüksək qiymətləndirilir.
Bu il də idman sahəsində gözəl nəticələr olmuşdur. Bizim idmançılar ildən-ilə daha da çox medal qazanırlar. Bu il də istisna il olmamışdır. Beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 805 medal qazanılmışdır və onlardan 275-i qızıl medaldır. Keçən ilə nisbətən yenə də medalların sayı artıb. Bu il Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarını misal göstərmək olar. Bu Oyunlar bizim üçün tarixi oyunlardır. Çünki bizim idmançılarımız bu Oyunlarda ən böyük və deyə bilərəm ki, tarixi qələbə qazanmışlar. Bu Oyunlarda 204 ölkə iştirak edirdi və Azərbaycan yeniyetmələri komanda hesabında 10-cu yerə layiq görülmüşlər. Bu, böyük tarixi nailiyyətdir. Dünya miqyasında 10-cu yerə nail olmaq böyük uğurdur. Bu uğuru gələcəkdə təkrarlamaq çətin olacaq. Ancaq biz buna çalışmalıyıq.
Bu il idman qurğularının tikintisi davam etdirilib. Göygöl şəhərində Olimpiya Mərkəzi açılıb. Hazırda 9 rayonda Olimpiya komplekslərinin tikintisi aparılır, yaxud da ki, ona hazırlıq işləri gedir. Bütövlükdə bölgələrdə 41 Olimpiya Mərkəzimiz var. Ümumiyyətlə isə son illərdə 50-dən çox böyük Olimpiya Mərkəzi yaradılmışdır. Beləliklə, idmanla məşğul olmaq üçün hər bir bölgədə yaxşı imkanlar - üzgüçülük hovuzları, açıq, qapalı zallar və bütün infrastruktur var. Ona görə tam əminəm ki, bizim beynəlxalq yarışlardakı nailiyyətlərimiz uğurla davam edəcək.
Bakıda Avropa Oyunları keçiriləcək. Bu tarixi hadisədir. Əslində, Avropa Oyunları idmançıların, idman növlərinin sayına görə Yay Olimpiya Oyunlarına çox yaxındır, altı mindən çox idmançı iştirak edəcək və 20 idman növündə yarışacaqdır.
Eyni zamanda, Sport City yerləşən ərazidə, köhnə buruqların yerində gözəl bir idman mərkəzi salınır. Bibiheybət neft yataqları dünyanın ən qədim neft yataqlarından biridir. Vaxtilə neft hasilatının fəsadları orada özünü büruzə vermişdir, o yer tamamilə ekoloji fəlakət mənzərəsini əks etdirirdi. Orada olan buruqlar bəzi filmlərdə də öz əksini tapmışdır. İndi o ərazi tamamilə təmizlənir, böyük - 20 hektarlıq bir park salınır. Su İdmanı Sarayının ətrafı gözəl Bakının bəlkə də ən gözəl park zonasına çevriləcəkdir. Beləliklə, bulvarın uzunluğu da artacaqdır. Ənənəvi bulvarın uzunluğu 3 kilometr yarım idi. İndi isə yeni layihələr nəticəsində bulvarın uzunluğu 16 kilometrə çatacaqdır. Bu, dünyanın bəlkə də ən uzun bulvarı olacaq. Hər bir insan "Ağ şəhər”dən başlayaraq ta Bibiheybət buruqlarına qədər piyada gedə bilər. Ancaq əlbəttə ki, bu, çox uzun bir məsafədir. Ona görə, bulvara əlavə xüsusi kiçik avtobuslar gətiriləcək ki, onlar da insanlara rahatlıq verəcək.
Yəni, demək istəyirəm ki, görün bu Oyunların keçirilməsi bizim üçün nə qədər böyük imkanlar açır. Düzdür, onsuz da biz bu layihələri icra edəcəkdik. Həm Böyükşor gölünün təmizlənməsi, bulvarın tikintisi, yəni, bu, bu günün məsələləri deyil. Biz, eyni zamanda, böyük Olimpiya Stadionunun da təməl daşını qoyanda hələ Oyunların keçirilməsi haqqında qərar verilməmişdi. Biz onsuz da bunları edəcəkdik. Sadəcə olaraq, Oyunlar bizi məcbur edir ki, bunu daha da qısa müddət ərzində həyata keçirək. Altı aydan sonra bütün bu gözəl, yeni yerlər ictimaiyyət üçün açıq olacaq və Oyunlardan sonra Bakı sakinləri, onun qonaqları bu gözəl imkanlardan istifadə edəcəklər. Bizim gözəl şəhərimiz Bakı daha da gözəl olacaq və əminəm ki, qonaqlar, idmançılar, şəhərimizə gələn bütün turistlər bunu bir daha görəcəklər.
Mən fürsətdən istifadə edərək, sizi və bütün Azərbaycan idmançılarını, bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə gələn ildə yeni uğurlar arzulayıram. Sağ olun.
Sonra 2014-cü ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.
İdmanda yüksək nailiyyətlər göstərən Elsevər Quliyev, Elvin Əhmədli, Əkbər Fərəcov və Cəsarət Əhmədov Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.
Respublikamızda idmanın inkişafında xidmətləri olan Rafiq Həsənova və Məmməd Useynova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sənədlər təqdim olunub.
Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Maqomed Aliomarova, Vaqif Cəfərova, Musa Həsənova və Çingiz İsmayılova "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Akif Atakişiyevə və Şəmsəddin Şahbazova isə "Əməkdar Müəllim” fəxri adlarının döş nişanlarını təqdim edib.
"Qarabağ"ın "Turan Tovuz"u məğlub etdiyi oyun - Video
"Qarabağ" 7 qollu oyunda "Turan Tovuz"a qalib gəldi
UEFA-dan Şahruddinin oynadığı kluba avrokubok cəzası - Rəsmi
"Yuventus" Alleqrini istefaya göndərdi
"Qarabağ" - "Turan Tovuz": Heyətlər
Tuhel qərarını dəyişmədi
"Marsel"in baş məşqçisi karyerasını başa vurur
Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
1-ci liqada son turun oyunları eyni gündə, eyni saatda
"Yuventus"dan Mottaya 3 illik müqavilə təklifi
İki futbolçu "Liverpul"dan ayrılır - Rəsmi
FİFA VAR-la bağlı yeni qaydalar tətbiq edir
“Qarabağ” - "Turan Tovuz" oyununda qadın hakimlər
"Onlara daim deyirəm ki, yaraşıqlı, gözəl görünmək istəyirsinizsə, idmanla məşğul olun"
1-ci liqada çempionun mükafatlandırma vaxtı müəyyənləşdi
Robin van Persi baş məşqçi təyin edildi
Fatih Terim istefa verdi
Yasin Benzia "Qarabağ"dan ayrılırmı?
"İmişli"nin legioneri 5 oyunluq cəzalandırıldı
AFFA rəhbərliyi FİFA-nın Konqresində
“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri
PFL 35-ci turun hakimlərini açıqladı
Azərbaycan futzal millisinin səbəti müəyyənləşdi
"Qarabağ"la yeni müqaviləni müzakirə edirik" - Andrey Lunyov
Azərbaycanın 2 boksçusu finala vəsiqə qazandı
Fransa millisinin Avro-2024 üçün heyəti açıqlandı
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü
"Barselona" səfərdə qalib gəldi
Musanın komandasından darmadağın
"Traktor" kubokla vidalaşdı
Ramilin komandası da Superliqa şansını itirdi
“Sabah” Abşerondan 52 uşaq seçdi
"İmişli" autsayderlə bacarmadı - Video
Vüsalın komandası Superliqaya vəsiqə qazana bilmədi
"Şamaxı"nı lider edən vacib qələbə - Video
Məşhur sabiq futbolçu "Spartak"ın baş məşqçisi oldu
"Bizə çempionluq lazımdır" - Ramiz Məmmədov
"Sevilya"nın əfsanəsi mövsümün sonunda gedir