Fabreqas: "Messi "Çelsi"də oynaya bilər"

Fabreqas: "Messi "Çelsi"də oynaya bilər"
XƏBƏR 23 Dekabr 2014 / 10:15 4544
-  A +

"Çelsi"nin futbolçusu Sesk Fabreqas sabiq komanda yoldaşı Lionel Messini London klubunda oynamağa dəvət edib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispan oyunçu deyib ki, Messi "Çelsi"də çıxış edə bilər:

"Messi ilə "Çelsi"də oynamağı çox istərdim. Onun İngiltərə Premyer Liqasında və "Çelsi" kimi klubda oynaya biləcəyindən əminəm. Messinin burada çıxış etməsi mümkündür".

Daha çox


Son xəbərlər