"Barselona" Neymarla müqavilə yeniləyir

"Barselona" Neymarla müqavilə yeniləyir
XƏBƏR 23 Dekabr 2014 / 00:22 3084
-  A +

"Barselona" klubu futbolçusu Neymarla müqavilənin müddətini uzatmağı planlaşdırır.

Qol.Az-ın "sport.es"ə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi braziliyalı futbolçu ilə 2 illik müqavilə imzalayacaq.

Mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq 22 yaşlı futbolçu komandasıyla sözləşməsini yeniləyəcəyi təqdirdə 2020-ci ilə qədər "Barselona"nın şərəfini qoruyacaq.

Qeyd edək ki, Neymar bu mövsüm keçirdiyi 18 oyunda 14 qola imza atıb.

 


Son xəbərlər