"Mən Yaponiyaya yalnız qələbə üçün gedirəm və orada rinqin sahibi olacam. Hakimlərdə heç bir şübhə yeri qoymamaq üçün çalışacam ki, döyüşü vaxtından əvvəl qələbə ilə bitirəm".
Qol.Az-ın xəbərinə görə, bu barədə "Report"a dekabrın 29-da Yaponiya kikboksçusu Makoto Uexara ilə qarşılaşacaq tanınmış idmançı Z.Səmədov deyib.
O, döyüşə hazırlıqla bağlı məlumat verərək bildirib ki, sonuncu məşqləri məşqçisi ilə birgə Minsk şəhərində keçirib: "Burada mənim K-1 versiyası üzrə çox yaxşı idmançılarla məşq döyüşlərim olub. Ayaqlarımda bəzi zədələr var, lakin bunlar o qədər də əhəmiyyətli deyil, ona görə də döyüş çox parlaq və yaxşı keçməlidir".
Z.Səmədov qeyd edib ki, əgər bu döyüşdə məğlub olsa, bu, heç də onun üçün faciə olmayacaq: "İli qələbə ilə başa vurmaq istəyirəm, lakin məğlubiyyət mənim üçün faciə olmayacaq. Bu döyüşdü və burada hər şey ola bilər".
O, rəqibinin zəif və güclü cəhətlərindən danışaraq vurğulayıb ki, M.Uexaranın ən güclü cəhəti onun doğma divarlar arasında döyüşməsidir: "Mən müşahidə etmişəm ki, yaponiyalı döyüşçülər öz doğma divarları arasında rinqə çıxanda ona qalib gəlmək çox çətin olur. Ya ona nokautla qalib gəlmək lazımdır, ya da hakimlərdə heç bir şübhə yeri qoymamaq lazımdır. Bundan əlavə, M.Uexara sağ əli ilə çox güclü zərbələr endirir. Mən onun döyüş taktikasını dərindən öyrənmışəm və hesab edirəm ki, Yaponiyada reflekslərim mənə kömək edəcək".
İdmançı gələcək planlarına da toxunub: "Gələn il fevralın 28-də növbəti görüşün keçirilməsi planlaşdırılır. Lakin bu görüşün detalları haqda danışmaq hələ tezdir".
Qeyd edək ki, M.Uexara qara kəmər sahibidir və bu cür yarışlarda dəfələrlə iştirak edib. O, həmçinin Yaponiyada bir çox yarışların da qalibidir.
"Mauqli" ləqəbli məşhur Azərbaycan idmançısı Zabit Səmədov isə öz sonuncu döyüşünü oktyabrın 16-da Dubayda keçirib və ağır keçən döyüşdə iranlı Cəfər Əhmədiyə xal hesabı ilə qalib gəlib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?