"Neftçi" Antalyada 6 yoxlama oyunu keçirəcək

"Neftçi" Antalyada 6 yoxlama oyunu keçirəcək
XƏBƏR 20 Dekabr 2014 / 17:33 3372
-  A +

“Neftçi” klubunun qış fasiləsi zamanı keçirəcəyi təlim-məşq toplanışının planı müəyyənləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 6-da Bakıda bir araya gələcək komanda hazırlığı ayın 11-dək paytaxtda davam etdirəcək.

Yanvarın 11-də isə “Neftçi” təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanacaq. Ayın 24-də başa çatacaq Antalya toplanışı zamanı komanda 6 yoxlama oyunu keçirməyi planlaşdırır.




Son xəbərlər