Nazarov qol vurdu, komandası qalib gəldi

Nazarov qol vurdu, komandası qalib gəldi
XƏBƏR 20 Dekabr 2014 / 00:39 5447
-  A +

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu Almaniya II Bundesliqasında növbəti matçını keçirib.

Qol.Az-ın məlumatına görə, Nazarovun komandası 19-cu turda evdə "FSV Frankfurt” klubunu  qəbul edib.

Oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov  66-cı  dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, "Karlsrue" klubu 19 turdan sonra 33 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır