Bu gün "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl ilə UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti arasında görüş keçirilib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İsveçrənin Nyon şəhərində baş tutan görüş bir saat davam edib.
"Qarabağ"ın vitse-prezidenti UEFA məmuruna əvvəlcə Ağdam klubu haqqında məlumat verib. "Qarabağ" komandasının Azərbaycanın eyniadlı bölgəsinin təmsil etdiyini vurğulayıb, komanda və reallıqlar haqqında geniş danışıb. "Qarabağ"ın bütün Azərbaycan üçün özəl anlayış olduğunu, klubun 1 milyon məcburi köçkünü təmsil etməsini, onların ümid işığı, təsəllisi olduğunu ifadə edib.
T.Gözəl "Qarabağ"ın çıxışından da danışıb. Ölkə miqyasında qazanılan uğurun qlobal anlamda vacib olduğunu vurğulayıb.
O, İtaliya "İnter" ilə son oyunda baş verən məlum olaya toxunub. "Qarabağ"a qarşı edilən haqsızlığın sadəcə bir futbol komandasının uğursuzluğa düçar olunması yox, milyonlarla insanın üzüntüsü, haqqlarının tapdalanması kimi dəyərləndirib. UEFA-nın məsələylə bağlı ən doğru qərar çıxaracağına əminliyini bildirib.
Marçetti isə baş verən olayla əlaqədar UEFA-nın müfaviq qurumlarının iclasında baxılacağını bildirib. O, məsələylə bağlı səlahiyyətli qurumların fevralın 5-də ən doğru qərar çıxaracağını ifadə edib. Baş vermiş epizodla bağlı daha dəqiq rəyin müvafiq qurumların dəyərləndirəcəyini söyləyib. Hakimin xətası təsdiqləndiyi halda ən ədalətli qərarla cəzalanacağına əminliyini ifadə edib. Hakimlərin fəaliyyətinə daim UEFA tərəfindən ciddi nəzarət olduğunu bildirib:
"İstənilən halda UEFA hakimlik məsələsinə çox həssas yanaşır. Hakimlər xəta etdiyi zaman karyerasına ciddi zərbə vuracağını yaxşı anlayır. Eyni zamanda uğurlu idarəçolik zamanı da daha çox təqdir qazanmış olurlar. Qeyd olunan iclasda alınacaq qərardan razılaşmayacayacağınız təqdirdə "Qarabağ"ın etiraz hüququ var. Klubun UEFA-nın bayrağı altında olan digər klublar kimi daha ali məhkəməyə müraciət etmək imkanına malikdir".
Marçetti həmçinin "Qarabağ"ın uğurlu çıxışını təqdir edib. "Qarabağ"ın qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəyinə inandığını bildirib. O, daha öncə Bakıda olduğunu paytaxtın günü-gündən dəyişərək inkişaf və tərəqqisini yüksək qiymətləndirib. Ən sonda "Qarabağ"ın böyük müvəffəqiyyətlər qazanacağına əminliyini bir daha ifadə edərək komandaya uğurlar arzulayıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?