"Xəzər Lənkəran"dan İvanovun ayrılmasına rəsmi münasibət

"Xəzər Lənkəran"dan İvanovun ayrılmasına rəsmi münasibət
XƏBƏR 19 Dekabr 2014 / 14:46 4497
-  A +

"Komandanın maaşları ilə bağlı heç bir problem yoxdur. Qalin İvanov futbolçulara verilən cəriməni qəbul etmək istəmir". 

Bu sözləri Qol.Az saytına açıqlamasında "Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
 
Bolqar futbolçunun klubla müqaviləsini ləğv etməsinə münasibət bildirən H.Cəbrayıloğlu məsələni hüquqi yollarla həll edəcəklərini vurğulayıb: "Futbolçular mükafatları necə qəbul edirlərsə, bunu da qəbul etməlidirlər. Sadəcə, Qalin verilən cərimə ilə razılaşmaq istəmir. Lakin bu ona əsas vermir ki, başqa klubla müqavilə bağlasın. Biz məsələni hüquqi yollarla həll edəcəyik".

Qeyd edək ki, Qalin İvanov "Xəzər Lənkəran"la müqaviləsini ləğv edərək ölkəsinə qayıdıb.

Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır