İtaliyanın “La Reppublica” qəzetinin saytında Ağdamın “Qarabağ” futbol klubunun Avroliqada İtaliya “İnter”i ilə keçirdiyi son oyunda hakimin ədalətsizliyindən bəhs edən yazı yerləşdirilib.
Qol.Az AzərTAc-a istinadən yaydığı məlumata görə, yazıda "Qarabağ"ın hakimin ədalətsizliyi ilə üzləşdiyi qeyd olunub: “Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini yaşayan Ağdam şəhərinin “Qarabağ” klubu son matçında İtaliyanın “İnter” klubu ilə qarşılaşmada hakimin ədalətsizliyi ilə üzləşdi. Acı taleyi olan “Qarabağ” dünyada ruhlar şəhəri kimi tanınan Ağdamın ən önəmli rəmzlərindəndir”.
Məqalədə Ağdam şəhərinin 1990-cı illərdə ermənilər tərəfindən işğal olunaraq dağıntılara məruz qalması qeyd edilib. Bildirilib ki, “Qarabağ” klubunun oyunçuları uzun illərdir məşqlərini doğma meydançadan kənarda – Bakıda keçirməli olurlar. Klub azərbaycanlı qaçqın və məcburi köçkünlərin rəmzinə çevrilib.
Müəllif diqqətə çatdırıb ki, futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda İtaliyanın “İnter” komandasını qəbul edən Azərbaycan çempionu “Qarabağ”ın oyunun 94-cü dəqiqəsində vurduğu qolun hesaba alınmaması təkcə azərbaycanlı futbolsevərlər tərəfindən yox, bütün idman ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb: “Klubun vitse-prezidenti Tahir Gözəl UEFA-ya şikayət məktubu ünvanlayıb. Klub haqlı olaraq bu məsələnin araşdırılmasını tələb edir. Dünyanın müxtəlif ölkələrindən, o cümlədən İtaliyadan olan futbolsevərlər də “Qarabağ”ı dəstəkləyirlər. “Qarabağ” son matçında növbəti uğuruna imza ata bilməsə də, bütün dünyanın rəğbətini qazandı”.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı