Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov Ukraynada Valentin Kuts üzərində qazandığı qələbədən danışıb.
Qol.Az-ın məlumatına görə, Futbolxeber.az saytına açıqlama verən boksçu son anda rəqibi dəyişdiyinə görə məyus olduğunu bildirib:
“Mən Xavadci Xatsiqova qarşı hazırlaşmışdım. Çəki mərasimində rəqibin dəyişdiyi məlum oldu. Dedilər ki, o boksçunu Ukraynaya buraxmayıblar. Ona görə Kutsa qarşıma mübarizə aparmalı oldum. Bu görüşdən rəqib dəyişdiyinə görə imtina edə bilərdim. Amma imtina etsəydim Türkiyə və Azərbaycandan gələn dostları, eləcə də azarkeşləri məyus edəcəkdim. Digər tərəfdən 2014-cü ili qələbəylə başa vurmaq istəyirdim. Karyeramda hələ belə həyəcan keçirməmişdim. Döyüş başlayandan sonra isə hər şey rahat oldu. Rəqibi qısa zamanda yaxşı təhlil edə bilmişdik. Nokaut barədə düşünmürdüm. İstəyirdim görüş sona qədər davam etsin. Kuts ikinci raund zamanı döyüşü davam etdirə bilməyəcəyini deməklə məğlubiyyətini etiraf etdi”.
Fariz Məmmədov 2014-cü ilin yekunları barədə danışaraq başa çatan ili karyerası üçün müsbət qiymətləndirib: “Əgər uğursuz çıxış etsəydim karyeramı başa vurardım. İki dəfə Azərbaycanda məğlub oldum. İki dəfə xarici ölkədə qələbə qazandım. Matias Pelklə görüş ərəfəsində zədələnmişdim, Andrey Zamkovoyla döyüşə isə hazır deyildim. Dostlarım bəzən deyir ki, doğma divarlar arasında döyüş zamanı bəxtim gətirmir. Pelki Almaniyada keçirilən görüşdə məğlub etdim. Zamkovoyla revanş isə sonraya qalıb. Onunla da görüşüm olacaq.
Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil etmək ən böyük arzularımdan biridir. 2015-ci ildə lisenziya xarakterli turnirlər var. Fikrimcə olimpiadaya vəsiqə uğrunda mübarizə aparmağım peşəkar karyerama təsir etməyəcək. Hazırda peşəkarlar arasında dünya reytinqində 8-ci pillədəyəm. Dünya kəməri uğrunda heç kimi çempionluq döyüşünə dəvət edə bilmərəm. Amma məni dəvət edə bilərlər. Dəvət etsələr hazır olmadığıma görə indi razılaşmaram. Hər şeyin öz vaxtı var. Komandamı genişləndirmək istəyirəm. Yaxın zamanlarda menecer və məşqçi heyətində yeniliklər olacaq”.
Boksçu bəzi saytlarda onun vəhabiliyə qoşulması barədə yayılan informasiyaları yalan adlandırıb: “Hər hansı bir məlumatı yaymazdan əvvəl dəqiqləşdirmək lazımdır. Belə xəbərlər yalandır, böhtandır. Özünüz düşünün. Hər qələbəmdən sonra minlərlə insanın sevincini görürəm. İnsanlar mənə görə sevinir, təbrik edirlər məni. Hazırda Azərbaycanda idmana olan yüksək səviyyədə qayğının nəticəsidir ki, mən peşəkar boksla məşğul olmağa davam edirəm. Dövlətim bütün idmançılar üçün şərait yaradır. Qaliblər mükafatlandırılır. Hansı ağılsız insan indi pis işlərlə məşğul olar. Bu məlumatlar şayiədir. Mən Vətənimi çox sevirəm. Ağlımı itirməmişəm ki, radikal dini qruplaşmalara qoşulum. Mən yeddi il qəlbimlə, ruhumla, cismimlə əziyyət çəkmişəm. Sonra yenidən boksa qayıtmışam. Gedib ermənini udmuşam. Bu qələbəyə görə də dövlətimizdən ancaq dəstək görmüşəm. Mənə Ağdamın fəxri vətəndaşı adı verilib, dövlət tərəfindən mənzillə təmin olunmuşam. Nəyə görə bütün bu qədər dəstəkdən sonra dövlətə, millətə qarşı olan hansısa qruplaşmalara qoşulmalıyam?”.
Fariz Məmmədov ona karyerasını davam etdirməsində dəstək olan “Qəbələ” İdman Klubuna təşəkkürürü bildirib: “Qəbələ” İdman Klubu hər zaman yanımda olub. Məğlubiyyətlərimi uğursuzluq saymayıb. Mənə dəstək olublar, inanıblar. Ukraynaya getməzdən əvvəl son məşqə klubun prezidenti Tale Heydərov gəlmişdi. Onun dəstək olması mənim üçün əlavə stimuldur. Bütün bunlara görə “Qəbələ” İdman Klubunun rəhbərliyinə təşəkkür edirəm”.
Boksçu bir müddət istirahət edəcəyini yalnız bundan sonra növbəti döyüş haqda düşünəcəyini söyləyib.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”