"Bu gün "Neftçi" deyəndə "xalq komandası" yada düşürsə, "Qarabağ" adı insanlar üçün böyük motivasiyadır. "Qarabağ" klubu hər hansı uğura imza atdıqda, bu, Azərbaycan həqiqətlərinin Avropaya, dünyaya çatdırılmasında böyük rol oynayır və ən gözəl təbliğat vasitəsidir".
Qol.Az-ın məlumatna görə, bu sözləri "Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov Report.az-a açıqlamasında deyib.
Klub rəsmisi daxili çempionat oyunlarında deyil, avrokubok matçlarında daha çox azarkeşin stadiona gəlməsinə diqqət çəkib: "Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, azarkeşlər yerli yox, avrokubok səviyyəli oyunlarda daha çox olurlar. Götürək sonuncu "Qarabağ" - "Neftçi" oyununu. Biz də Avropada oynamışıq, "Qarabağ"ın da oyunlarında 32 minlik Tofiq Bəhramov adına Respublika stadionu azarkeşlə dolu olur. Ancaq çempionluğa oynayan bu iki komandanın bir-biri ilə qarşılaşmasında təxminən 2000 azarkeş olur. Bunun səbəbi nədir? Biz bu suala cavab verə bilsək, bütün məsələləri həll edərik".
E.Məmmədov "Neftçi"nin deyil, "Qarabağ"ın xalq komandası adlandırılmasına isə belə reaksiya verib: "Mən belə fikirlərlə o vaxt razılaşaram ki, hər hansı klubumuzun yerli komanda ilə oyununda stadion tamamilə dolu olsun. Əgər iki sektor yarımçıq dolursa, bu faktlar onun əksini göstərir. İndiki halda hətta I divizion klubunun oyununa daha çox azarkeş gəlir. Məsələn, mən "Ağsu" komandasının oyununda olmuşdum və stadion azarkeşlə dolu idi".
"Neftçi" rəsmisi bildirib ki, oyunların televiziya vasitəsilə yayımlanması yerli çempionatda azarkeşlərin stadionda gəlməməsinə səbəb olur. O, stadiona azarkeş cəlb etməyin asan olduğunu vurğulasa da, həmin azarkeşləri stadionda saxlamağın və veteran ailələri tribunalara cəlb etməyin vacibliyini dilə gətirib: "İnsanlar işləyir və həftədə bir neçə saat boş vaxt tapırsa, çalışır ki, daha yaxşı əmtəə əldə etsin. İndi televiziyalarda bir neçə oyun göstərilir. Bu səbəbdən, televiziya qarşısında oyun izləmək insanların işinə yarayır. Futbol üçün darıxan adam Almaniya Bundesliqası, İspaniya La Liqası və ingiltərə Premyer Liqasına baxaraq öz maraq ehtiyacını ödəyəcək. Bizdə isə stadiona həmin klubla ürəyi döyünən insanlar gəlir. Biz stadionlara veteranları, ailələri cəlb etmək istəyirik. Elə bir şərait olmalıdır ki, hər bir insan stadiona gəlib, oyun izləyə bilsin. 1980-ci illərdə "Neftçi"nin oyunlarında stadion tamamilə dolurdu. Televiziya qarşısında və sosial şəbəkələrdə gedən müzakirələrə baxdıqda görünür ki, insanlar futbolu çox sevirlər. Azərbaycanda sosial şəbəkələrdə olan istifadəçilərin 60%-dən çoxu futbolla maraqlanır. Bu da böyük göstəricidir. Ona görə də biz həmin o insanları stadiona gətirməliyik. Ancaq oyundan əlavə maraqlı işlər də görülməlidir. Azarkeşi stadiona cəlb etmək asandır, amma onları saxlamaq lazımdır. Bununla bağlı da işlər görülür, lakin indi açıqlamaq istəmirik. Fasilədən sonrakı oyunlarda azarkeşlər bunun şahidi olacaq" (Report.az).
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?