Bakının “İnter” klubu Azərbaycan çempionatlarında 100-cü dəfə heç-heçə edib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının “Simurq”la səfər qarşılaşmasında (1:1) 1 xal qazanıb. Bu da ölkə çempionatlarında 407-ci matçına çıxan bakılıların yubiley heç-heçəsi olub. 54 dəfə öz meydanında, 46 dəfə səfərdə 1 xal qazanan “İnter” çempionatda 100 və daha çox heç-heçə edən 5-ci komandadır. “Qarabağ” (153), “Neftçi” (142), “Bakı” (119) və “Turan” (112) daha çox “sülh”lə kifayətlənib.
“Simurq”la qarşılaşma Baçana Sxadadze üçün də əlamətdar olub. Gürcüstanlı hücumçu paytaxt klubunun heyətində 100-cü çempionat qarşılaşmasına çıxıb. Cari mövsümdə 11 matça 2 qol vuran legioner “100”ə 5-ci mövsümündə çatıb: 2010/2011 – 2, 2011/2012 – 29 (7), 2012/2013 - 29 (8), 2013/2014 - 29 (10), 2014/2015 – 11 (2). “İnter”də 29 qol vuran Sxadadze klub tarixində 100 və daha çox çempionat matçı keçirən 10-cu futbolçu olub: Vladimir Levin - 205, Elmar Baxşıyev - 160, Branislav Çervenka - 129, Arif Daşdəmirov - 124, Asif Məmmədov - 121, Elşən Məmmədov - 112, Georgi Lomaya - 110, Zaur Həşimov - 107, Petar Zlatinov – 105, Baçana Sxadadze - 100.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı