Təsadüflərə inanmıram. Həyatımızda baş verən hadisələr zərurətdən doğur. Fəlsəfədə təsadüf zərurətin təzahür forması kimi qəbul olunur. “Qarabağ”ın başına gələnlər təsadüf, yoxsa zərurətdir?
Zərurət haqqında hələ çoxdan yazmaq istəyirdim. “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanandan, səfərdə “Dnepr”ə qalib gələndən, rəqib meydanında “Sent-Etyen”lə heç-heçə oynayandan sonra… Hər dəfə məqsədimin təxirə düşməsinin səbəbi komandamızın pley-offa vəsiqə əldə etmə ehtimalından irəli gəlirdi.
Son illərdəki uğurlu nəticələri “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanmasını zəruri edirdi. “Tvente” ilə matçda Leroy Corc, Danilo Dias kimi futbolçuların zədədən əziyyət çəkməsi Muarremin əsas heyətdə yer almasını zəruri etdi ki, məhz makedoniyalının vurduğu qol tarixi uğurda mühüm rol oynadı.
Elə “Dnepr”lə səfər qarşılaşmasında da “Qarabağ” futbolçu sarıdan korluq çəkirdi: Leroy yox, Çumbinyo yox, Dias yox... “Sent-Etyen” və “İnter”lə qarşılaşmalarda isə zədə hamının qəhrəman kimi qəbul etdiyi Reynaldonu oyundankənar vəziyyətə salmışdı.
Sanki İlahi Ədalət hər şeyi “Qarabağ” üçün hesablamışdı. Zərurət hər dəfə komandanın inkişafına təkan verir və nəticələrin daha uğurlu alınmasında rol oynayırdı. Burada heç bir təsadüf yox idi. Böyük futbol ölkələri təmsilçiləri ilə mübarizədə “Qarabağ”, addım-addım, pillə-pillə məqsədinə doğru irəliləyirdi.
Təsadüflərin arxasında bir zərurət, qanunauyğunluq dayanır. Görəsən, son məqamda çex hakimin qərarı təsadüf, yoxsa zərurət idi? Məncə, bu, zərurətdən irəli gəldi. Bəli, yuxarıda deyildiyi kimi, təsadüfdən doğan zərurət. “Qarabağ”ın tam qaydalar çərçivəsində vurduğu qol qeydə alınmadı. Bu amil “Qarabağ” həqiqətlərinin dünyaya çatdırılmasını zərurətə çevirdi. Tarixdə, siyasətdə, incəsənətdə, mədəniyyətdə illərdir “qulağı kar”, “gözü kor” dünyaya çatdıra bilmədiyimiz həqiqətləri bir səhv çox qısa zaman kəsiyində ünvanına çatdırdı. İndi uzaq Samoada, Nepalda, Mozambikdə, Almaniyada, Kanadada, İspaniyada, Braziliyada, elə həmin İtaliyanın özündə hakim ədalətsizliyi ilə üzləşən komandalardan danışanda mütləq “Qarabağ” da yada düşəcək. Bu zərurət Azərbaycan üçün həyatı əhəmiyyət və maraq kəsb edən Qarabağ həqiqətlərinin olduğu kimi təbliğində mühüm rol oynadı, böyük qələbəyə gedən yolda yaşıl işığa döndü.
Dekabrın 11-də “Qarabağ” uduzmadı, Qarabağ, geniş anlamda isə Azərbaycan qələbə qazandı! Nə qədər pafoslu səslənsə də, bu, məcburi zərurətin meydana gətirdiyi reallığın diktəsidır...
Kamal RZA
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?