"Dnepr" klubunun futbolçusu Sergey Kravçenko Avropa Liqasının qrup mərhələsinin son turunda qalib gəldikləri "Sent-Etyen"lə oyun (1:0) haqda fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, Ukrayna mətbuatına danışan "Qarabağ"ın sabiq futbolçusu Ağdam təmsilçisinin "İnter"lə görüşdə qeydə alınmayan qoluna da münasibət bildirib:
"Qarabağ"ın vurduğu qol təmiz idi. Hakimin bu qolu qeydə almamasını anlamadım. Lakin bu bizim işimizə yaradığı üçün şadam. Daha öncə "İnter" və "Sent-Etyen"lə səfər görüşlərində penaltidən yararlana bilməmişdik. Bununla belə, sonda sevinən tərəf biz olduq".
Qeyd edək ki, Kravçenko 2005-ci ildə "Qarabağ" klubunun şərəfini qoruyub.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı