Tapdalanmış haqqını Avropada axtaranların nəzərinə çatdırım ki, həmin Avropa dünən iki köçkündən birini seçdi - "Dnepr"i. Bu söhbəti siyasiləşdirməyin əleyhinəyəm. Niyəsi də odu ki, Fransadakı "əlimizi" gözümüzə soxub deyərlər ki, lehinizə də səhvlər olub. Nə siyasət?! Amma...
Əmması da var. Ya zəlzələdən, ya da vəlvələdən dünən "Qarabağ"ın haqqı yeyildi. Siyasi tərəfi də odu ki, az qala Avropa parklarındakı ictimai tualet işçiləri də əllərindən gələni edir ki, Ukraynadakı vəziyyətə yardımı toxunsun. Nədənsə illərdi illənən və iylənən qətnamələri p.x boyda Ermənistan qurşağdan aşağı ötürür. Müstəqil dövlətin iradəsinin ziddinə olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsini yolverilməz hesab edənlər Ukrayna üçün canfəşanlığı o həddə çatdırıb ki, planetimiz artıq üçüncü dünya müharibəsinin astanasındadı. Görəsən Ukrayna məsələsində Rusiya kimi nəhəngə əlcək atmağı gözə alan Avropa və Amerika bizim üçün niyə bu addımı atmadı? Cavabı hamımız öz kafamıza görə bilirik. Bu gün Rusiyanı ayılıq etməkdə ittaham edən Avropa özü Yalıncıq obrazı yaradıb...
Deyəsən futboldan danışırdım axı...
Dediyim odu ki, futbolun siyasətə dəxli yoxdu. Amma siyasət özü futboldu. Ya sən qol atarsan, ya da sənə atarlar. Torpaqlarımızın işğalı da topla başladı - TOPxana meşəsindən. Dağılımış “topxana”mızdan çox qol atdılar. Dünən sayılmayan xana-xana topumuz, yana-yana qalan xalqımız artıq ədaləti kiminsə qapısında axtarmamalıdı. O qapılar hələ ki, bizim top keçirə biləcəyimiz qapılardan deyil. O vaxta qədər ki, meydanda heç kimin fitinə, bayraq qaldırmasına məhəl qoymayacağıq. Fitimizi də özümüz çalaq, bayrağımızı da özümüz qaldıraq!
Əli SAHİB,
Fanat.az
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video