"Qarabağ"ın qələbə qazandığını eşitmək xoş olmazdı. Çünki məqsədimiz "pley-off"a yüksəlmək idi".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsinin son turunda qalib gəldikləri "Sent-Etyen"lə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis növbəti mərhələyə vəsiqə qazandıqları üçün "Qarabağ"la heç-heçə oynayan "İnter"in futbolçularına təşəkkür edib: "Bakıda matçın 0:0 hesabı ilə başa çatdığı söyləndikdə, emosiyaların necə olduğunu özünüz təsəvvür edin. "Qarabağ"la oyun "İnter" üçün heç bir önəm daşımırdı. Lakin futbolçular xarakter göstərərək məğlub olmadılar. Buna görə "İnter"in futbolçularına təşəkkür edirəm".
Qeyd edək ki, öz meydanında "Sent-Etyen"ə 1:0 hesabı ilə qalib gələn "Dnepr" klubu qrup ikincisi kimi 1/16 finala yüksəlib. "Qarabağ" evdə "İnter"lə 0:0 bərabərə qaldığı üçün qrup mərhələsini üçüncü pillədə başa vurub.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı