"Dənizlispor" Rail Məlikovla bağlı qərarını verdi

"Dənizlispor" Rail Məlikovla bağlı qərarını verdi
XƏBƏR 10 Dekabr 2014 / 21:45 7172
-  A +

"Dənizlispor" qış transferi pəncərəsində millimizin sabiq üzvü Rail Məlikovla yolları ayırmağa qərar verib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Özcan Bizati məlumat verib. Bildirib ki, R.Məlikovun intizamsız hərəkətləri səbəbindən onunla müqavilə ləğv ediləcək:

"Karşıyaka”ya qarşı  matçda Raili əsas heyətdə oynatmağı planlaşdırırdım. Ancaq onu məşq zamanı həvəssiz gördüyüm üçün xəbərdarlıq etdim. Mənə oynamaq istəmədiyini söylədiyi zaman isə şoka düşdüm. Rail səbəbsiz yerə 6 məşqdə iştirak etməyib. Bizim üçün Məlikov dəftəri artıq bağlanıb”.


Xatırladaq ki, R.Məlikov bundan əvvəl komandanın düşərgəsinə iki gün gec  qoşulduğu üçün əvəzedici komandaya göndərilmişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner