"İnter"in gürcüstanlı azarkeşləri komandalarını Avropa Liqasında "Qarabağ"a qarşı sabahkı matçda dəstəkləmək üçün Bakıya gəlib.
Qol.Az-ın məlumatına görə, onlar qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda bannerlər açıblar.
"Qarabağ" klubu stadionda Gürcüstandan gələn "İnter"li azarkeşlər tərəfindən açılan bannerlərdə Azərbaycan əleyhinə mümkün təxribatın ola biləcəyi ifadələrin işlədilməsi ehtimalını nəzərə alaraq bannerlərin açılmasının qarşısının alınması üçün göstəriş verib. Klub bu qərarı onunla əsaslandırıb ki, "Neftçi" ilə "Çixura"nın Avropa Liqasındakı oyunu zamanı gürcüstanlı azarkeşlər tərəfindən stadionda buna bənzər bannerlər açılmışdı və bu, arenada olan azarkeşlər arasında qalmaqala səbəb olmuşdu. Yenidən belə bir qalmaqalın baş verməməsi üçün klub belə bir addım atıb.
Qeyd edək ki, "Qarabağ" - "İnter" oyunu sabah, 21:00-da başlayacaq.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video