İtaliya A Seriyası təmsilçisi "Parma" klubunun 1 xalı silinib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, buna komandanın futbolçuların maaşlarını və vergiləri vaxtında ödəməməsi səbəb olub.
İtaliya Futbol Federasiyasından verilən açıqlamada "Parma" klubunun maaşları və vergiləri vaxtında ödəməməsi səbəbindən komandanın 1 xalı silinməklə yanaşı, 5 min avro pul cəzası da kəsilib. Klub prezidenti Tommaso Girardi və komandanın rəhbərlərindən olan Pietro Leonardinin 2 ay futboldan uzaqlaşdırıldığı bildirilir. Üstəlik həmin şəxslər 5 min avro cərimə ödəməli olacaqlar.
Qeyd edək ki, A Seriyasında keçirdiyi 14 oyunun ikisində qələbə qazanıb, 12-də məğlub olan "Parma" 6 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb. Lakin komandanın aktivindən 1 xal silindiyi üçün "Parma"nın hazırda 5 xalı var.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video