Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun dekabrın 13-də Belarus təmsilçisi Xavadji Xatsiqova qarşı keçirəcəyi döyüş haqda danışıb.
Qol.Az-ın məlumatına görə, o, Sportpress.az saytına verdiyi açıqlamada döyüşə yalnız qələbə üçün çıxacağını deyib: “Bərpa dövrünü geridə qoymuşam. Artıq özümü daha yaxşı hiss edirəm. Döyüşə hazıram. Məqsədim yalnız qələbə qazanmaqdır. Rinqdə zəif rəqib olmur. Bununla belə, döyüşə ancaq qələbə üçün çıxacağam. İli qələbə ilə başa vurmaq istəyirəm”.
Təcrübəli boksçu AİBA Pro Boxing (APB) turnirində yenidən mübarizə aparacağını da bildirib: “İlk döyüşüm uğursuz alındı. Amma ümidimi tam üzmüməmişəm. Düzdür, mənim çəkimdə Tamerlan Abdullayev inamlı təsir bağışlayır. Amma martda yenidən lisenziya döyüşlərində iştirak edəcəyəm. Tamerlan lisenziya qazansa, sevinərəm. İstənilən halda bu turnirdə də qalib olmaq istərdim”.
AİBA Pro Boxing turnirində Rusiya təmsilçisi Andrey Zamkovoya uduzan F.Məmmədov revanş barədə düşündüyünü də gizlətməyib:
“Həmin döyüşdən bir müddət vaxt keçsə də, məğlubiyyəti hələ də unutmamışam. Zamkovoy güclü idmançı olsa da, ona qalib gələ bilərdim. Həmin vaxt yenilgi haqda kifayət qədər danışmışam. İndi yenidən təkrarçılıq etmək istəmirəm. Sadəcə, onu deyim ki, bir gün mütləq onunla yenidən görüşəcəyəm. Hansı yarışda üz-üzə gələcəyimizi bilmirəm, amma mütləq Zamkovoydan həmin məğlubiyyətin əvəzini çıxacağam”.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi - Video