Yeni yaradılan Klublar Komitəsində "Neftçi"ni vitse-prezident Elnur Məmmədov təmsil edəcək. Bu barədə "Report.az"a E.Məmmədovun özü məlumat verib.
Onun sözlərinə görə, AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə yaradılan yeni qurumda klublarda idarəedici funksiyanı yerinə yetirən şəxslər təmsil olunacaqlar: "Klub prezidenti Sadıq Sadıqovun təsdiqi ilə toplantıda "Neftçi"ni mən təmsil edəcəyəm. İclaslarda müəyyən məsələlər işçi qaydada müzakirə ediləcək, sonra isə hər hansı təklifi AFFA rəhbərliyi və ya İcraiyyə Komitəsi qarşısında qaldıra bilərik".
E.Məmmədov Klublar Komitəsindən gözləntilərini də açıqlayıb: "Mən bu komitədən çox şey gözləyirəm. Çünki klublar birgə əməkdaşlıq, bəzi layihələrin tətbiqi məqsədilə bir araya gəlməlidirlər. Tək bir klubla bunu ortaya qoymaq mümkün deyil. Bir misal çəkim: AFFA-da infrastruktura cavabdeh şəxs və lisenziyalaşdırma üzrə ekspert olduğum vaxt klubların birgə qərarı ilə Tovuz şəhər stadionuna süni örtük döşəndi. Bu, klublar tərəfindən maliyyələşdirilən böyük layihə idi. Nəticəsi o oldu ki, Azərbaycan futbolu qazandı. Bu gün həmin meydanda xeyli uşaq məşğul olur, Tovuza səfər edən hər hansı komanda isə yaxşı örtük üzərində oynayır. Biz "Turan-Tovuz"la Azərbaycan Kubokunda da qarşılaşa bilərdik. O halda oyunumuzu belə meydanda keçirəcəkdik. Klublarımız Avropanın tanınmış komandalarında çıxış etmiş legionerlər gətirirlər. Onlar bərbad meydanda oynadıqda zədə alma ehtimalları artır. Bu da gələcəkdə futbol bazarımıza, yüksək səviyyəli legionerlərin Azərbaycan Premyer Liqasında oynamalarına mənfi təsir edə bilər".
Əsas məqsədlərinin yerli futbolçular yetişdirmək və onları inkişaf etdirməkdən ibarət olduğunu deyən "Neftçi" rəsmisi bildirib ki, yüksək səviyyəli legionerlər də futbolun inkişafında xüsusi rola malikdirlər. E.Məmmədov Klublar Komitəsinin sabaha nəzərdə tutulan ilk iclasının tanışlıq xarakteri daşıyacağı qənaətindədir: "Mən həm də UEFA-da komitə üzvüyəm. Ona əsasən, deyə bilərəm ki, ilk belə toplantılar tanışlıq xarakterli olur. İclasda komitənin fəaliyyət istiqamətlərinin və vektorlarının müəyyənləşdirilməsi prosesi baş verir. Sonrakı məsələlər isə seçkilərin keçirilməsi, strukturun formalaşdırılması və ayda bir dəfə yığışaraq, müəyyən məsələlərin müzakirəsindən ibarət olur".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?