"İnter" "Qarabağ"la oyunun hazırlığına başladı

"İnter" "Qarabağ"la oyunun hazırlığına başladı
XƏBƏR 9 Dekabr 2014 / 17:42 3598
-  A +

Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ"ın qonağı olacaq İtaliya "İnter"i bu oyunun hazırlığına start verib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Milan təmsilçisi "Ancelo Moratti" idman mərkəzində məşqə çıxıb.

Roberto Mançininin rəhbərlik etdiyi komanda sabah Bakıya gələcək. Saat 19:00-da jurnalistlərin suallarını cavablandıracaq Mançini yarım saat sonra komandasını "Qarabağ"la oyunöncəsi son məşqinə çıxaracaq.

Qeyd edək ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "İnter" oyunu saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər