Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, boksçumuz dekabrın 13-də növbəti reytinq döyüşünə çıxacaq. İdmançımızın rəqibi Belarus təmsilçisi Xavadji Xatsiqov olacaq. Bu döyüş Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. 8 raundluq qarşılaşma reytinq xarakteri daşıyacaq.
Çeçenistan Respublikasından olan idmançı 1999-cu ilədək Rusiyanın şərəfini qoruyub. Yığmanın tərkibinə düşmək uğrunda rəqabətin böyük olması üzündən Xatsiqov Qroznıdan Belarusa köçməyə qərar verib. Həvəskar rinqdə bir sıra uğurlar qazanan boksçu 2004 və 2008-ci illərdə Olimpiya Oyunlarının iştirakçısı olub. 54 kq çəki dərəcəsində çıxış edən idmançının ən böyük nailiyyəti isə 2002-ci ilə təsadüf edib. Həmin vaxt Belarusu təmsil edən Xatsiqov qitə çempionu titulunu qazanıb. 2004 və 2006-cı illərdə də bu yarışa qatılan çeçen boksçu ilk döyüşlərdə mübarizəni dayandırıb.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də