“Hələ yüz faiz hazır deyiləm” - İbrahimoviç

“Hələ yüz faiz hazır deyiləm” - İbrahimoviç
XƏBƏR 7 Dekabr 2014 / 14:20 2300
-  A +

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç Fransa Liqasının son turunda “Nant” üzərində qələbə qazandıqları oyundan sonra fiziki durumu haqda danışıb.

Qol.Az-ın məlumatına görə, dubla imza atan hücumçu klubun rəsmi saytına verdiyi açıqlamasında zədəsini tam sağaltsa da, istədiyi oyunu nümayiş etdirə bilmədiyini deyib:

“Özümü yaxşı hiss edirəm. Ancaq yüz faiz hazır deyiləm. Bu ruhla davam etsəm, yenidən ən yaxşı formamı yığacam. Həmişə çalışıram ki, komandama bacardığım qədər kömək edək. Bu gün bunu iki qol vurmaqla etdim”.

Daha çox


Son xəbərlər