"Rəqibimiz təkcə "Mançester Siti" deyil" - Mourinyo

"Rəqibimiz təkcə "Mançester Siti" deyil" - Mourinyo
XƏBƏR 6 Dekabr 2014 / 12:23 3552
-  A +

İngiltərə Premyer Liqasının hazırkı lideri "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis çempionluq yolunda əsas rəqiblərinin təkcə "Mançester Siti" olmadığını bildirib:

"Bu futboldur və burada hər şey mümkündür. Əminəm ki, başqa cür ola da bilməz. Əsas rəqibimizin təkcə "Mançester Siti" olduğunu düşünmürəm. Hazırda ən yaxın izləyicilərimizlə 10, 11 və 12 xallıq fərq var. Lakin qarşıda hələ çox oyun var".

Qeyd edək ki, "Çelsi" 14 turdan 36 xalla turnir cədvəlinə başçılıq edir. 

 


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

topaz banner