Coko Haciyevskinin yeni komandası müəyyənləşdi

Coko Haciyevskinin yeni komandası müəyyənləşdi
XƏBƏR 5 Dekabr 2014 / 15:08 5027
-  A +

"Bakı" və "Simurq" klublarının, eləcə də Azərbaycan millisinin sabiq baş məşqçisi Coko Haciyevskinin yeni iş yeri müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, makedoniyalı mütəxəssis bundan sonra ölkəsinin "Pelister" klubunu çalışdıracaq.

Haciyevskinin yeni komandası Makedoniya çempionatında geridə qalan 17 turdan sonra 18 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, 2009-cu ildə "Bakı"nı Azərbaycan çempionu edən Haciyevski komandası ilə Avropa Liqasının "pley-off"una qədər irəliləmişdi.


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer