Böyük Britaniyanın ən varlı idmançısı kimdir?

Böyük Britaniyanın ən varlı idmançısı kimdir?
XƏBƏR 5 Dekabr 2014 / 14:57 4349
-  A +

"Forbes" jurnalı Böyük Britaniyada 2014-ci ilin ən varlı idmançısının adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, siyahının ilk pilləsində Madrid "Real"ının futbolçusu Qaret Beyl qərarlaşıb.

Uelsli yarımmüdafiəçi bu il 30 milyon avro gəlir əldə edib. O, bu məbləğin 20  milyonunu "Real"da, 10 milyonu isə "Adidas" və "EA Sports" kimi firmalarla olan reklam əməkdaşlığından qazanıb.  

"Formula 1" çempionu Luis Hemilton (26 milyon) siyahıda ikinci, şimali irlandiyalı qolfçu Rori Makilroy (20 milyon) üçüncü olub.

İngiltərə millisinin futbolçuları Ueyn Runi (19 milyon) və Stiven Cerard (16 milyon) isə müvafiq olaraq 4-5-ci pillələrdə qərarlaşıblar.

Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer