Fransada səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov "Lans" futbol klubu ətrafında yaranmış müəmmalı durumla bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın Report.az-a istinadən verdiyi məlumata görə, A.Rəhimov "L Equipe 21"ə açıqlamasında iki ölkə arasında səmimi münasibətləri qorumaq üçün "Lans"a kömək etməyə hazır olduqlarını bildirib.
Nazir bir neçə gün öncə klub prezidenti Jerve Martellə də bu barədə danışdıqlarını söyləyib: "Biz klub prezidenti Jerve Martelə vəd etdik ki, problemin həllində dəstək olmaq üçün bütün mümkün olanı edəcəyik. Məsələ həll edilsə, çox şad olarıq. Hazırda Azərbaycan və Fransa arasındakı münasibətlər həqiqətən də yüksək səviyyədədir. Səmimi münasibətlərimizə bulud da kölgə sala bilməz".
Qeyd edək ki, "Lans" klubu azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsusdur. Lakin H.Məmmədov biznesindəki problemlərlə əlaqədar kluba lazımi dəstəyi verə bilmir.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır
2031-ci ilə qədər "İnter"də