Gələn ay “Qarabağ” futbol klubunun aşağı yaş qruplarından ibarət komandalarının məşqçiləri təcrübə keçmək üçün Hollandiyaya gedəcəklər. Səfər AFFA tərəfindən Klublarda Futbol Akademiyasılayihəsi çərçivəsində “Qarabağ”a idman direktoru təyin olunmuş hollandiyalı mütəxəssis Con van Leonun təşəbbüsü və klubun təşiklatçılığı ilə baş tutacaq. Son illər uşaq futbolunda müəyyən qədər dirçəliş hiss olunsa da, hələ də xeyli çatışmazlıqlar, həlli vacib olan problemlər qalmaqdadır.
Onlardan da biri məşqçilərin təcrübə baxımından axsamalarıdır.
Klublarımız məşqçilərini ölkə xaricinə, tanınmış klubların futbol akademiyalarına göndərməkdə həvəssis görünürlər. Bu mənada “Qəbələ” və “Bakı” istisna təşkil edir. Bir neçə dəfə bu klubun bir neçə məşqçisi təcrübə toplamaq məqsədilə Fransa, İspaniya, Almaniya və digər ölkələrə ezam olunublar. Amma “Qarabağ”ın təşkil etdiyi səfər əvvəlkilərdən fərqlənir. Birincisi, say baxımından bu dəfə Hollandiyaya daha çox mütəxəssis aparılacaq. İkincisi isə, onlar bir deyil, bir neçə klubun futbol akademiyasında olacaqlar.
Əməkdaşımızla söhbətində Con van Leon əvvəlcə səfər haqqında qısa məlumat verdi. Onun sözlərinə görə, səfər “Qarabağ”ın futbol məktəbində çalışan məşqçilərin daha da maariflənməsi və təcrübə xarakteri daşıyır. Çoxdandır ki, belə bir toplanış təşkil etməyi nəzərdə tutduğunu söyləyən hollandiyalı mütəxəssis rəhbərlik ilə məsləhətləşmələrdən sonra bu fikri gerçəkləşdirməyin vacib olduğunu nəzərə alıb və klub məşqçiləri Hollandiyaya göndərmək qərarına gəlib. Hollandiyada olduqları müddətdə məşqçilər “Ayaks”, PSV “Eyndhoven”, “Feyenoord” və “Utrext”in futbol akademiyalarına baş çəkəcək, onların iş prinsipləri ilə tanış olacaq, məşq proseslərini izləyəcəyiklər. Bu da onların tərcübəsini artırmaqla yanaşı, onların daha da maariflənmələrinə səbəb olacaq. Hollandiyadan qayıtdıqdan sonra hər bir məşqçi raport hazırlayacaq və orada mənimsədiklərini buradakı məşq proseslərində tətbiqi ilə bağlı fikirlərini bildirəcəklər.
Con van Leon hazırda klub rəsmilərinin təşiklati işlərlə məşğul olduğunu bildirməklə yanaşı, hər hansı bir problem yaranmayacağı təqdirdə dekabrın ortalarında 20-ə yaxın məşqçinin 7-8 gün müddətinə Hollandiyaya göndəriləcəyini dedi. Təbii ki, bütün xərclər klubun hesabına qarşılanacaq. Səfər müddətində məşqçilər Hollandiya birinciliyində “Ayaks” və “Feyenoord”un ev oyununu izləməklə yanaşı Hollandiyanın ən qədim şəhərlərindən biri olan Utrextlə yaxından tanış imkanı da qazanacaqlar.
Mənbə: “Het-trik news” qəzeti
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi