"Oyunun sonlarında nəzarəti əldən verdik" - Kamal Quliyev

"Oyunun sonlarında nəzarəti əldən verdik" - Kamal Quliyev
XƏBƏR 3 Dekabr 2014 / 15:47 3876
-  A +

“AZAL klubunu təbrik edirəm. AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla uzun müddət bir yerdə oynamışam. Oyun göz önündədir. Birinci divizion təmsilçisinin Premyer Liqa klubuna qarşı belə mübarizə aparması sevindirici haldır".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Neftçala"nın baş məşqçisi Kamal Quliyev AZAL-la kubok matçından (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis futbolçularının verilən tapşırıqları sonadək yerinə yetirmədiyini bildirib: "Oyunun sonlarında nəzarəti əldən verdik. Deyərdim ki, futbolçular tapşırıqları sona qədər yerinə yetirə bilmədilər”. 

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə