UEFA "Qarabağ"ın rəqibinin istəyini rədd etdi

UEFA "Qarabağ"ın rəqibinin istəyini rədd etdi
XƏBƏR 3 Dekabr 2014 / 12:10 7363
-  A +

UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqibi olan "Dnepr"in müraciətini cavablandırıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, qitənin ali futbol qurumu  "Dnepr"in avroliqanın sonuncu turunda  “Sent-Etyen”i qəbul edəcəyi oyunun Lvovda keçirilməsi ilə bağlı istəyini rədd edib. Beləliklə, Ukrayna təmsilçisi "Sent-Etyen"ə qarşı matçı da Kiyevdə oynayacaq.

Qeyd edək ki, "Dnepr" - "Sent-Eyten" oyunu dekabrın 11-i, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə