Mikel Alvaronun Azərbaycan Premyer Liqasının XIV turunun “Bakı” ilə oyununda (1:0) vurduğu qol “İnter” üçün əlamətdar olub.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 2004-cü ilədək “Xəzər Universiteti”, son 10 ildə “İnter” adı altında çıxış edən paytaxt təmsilçisi ölkə çempionatlarında 250-ci səfər qolunu vurub. Bakılılar buna 201-ci oyunda nail olub. Rəqib meydanlarında 88 qələbə, 45 heç-heçə və 68 məğlubiyyəti olan “İnter” 250 qol vurubsa, 218-ni buraxıb.
Bakılılar 1999/2000 və 2000/2001 mövsümlərinin hərəsində 9 dəfə rəqib meydanlarda qol vurubsa, növbəti çempionatlarda bu rəqəm daha yüksək olub: 2001/2002 – 12, 2003/2004 – 12, 2004/2005 – 18, 2005/2006 – 15, 2006/2007 - 23, 2007/2008 – 26, 2008/2009 – 27, 2009/2010 – 19, 2010/2011 – 14, 2011/2012 – 14, 2012/2013 – 16, 2013/2014 – 34, 2014/2015 – 2.
“İnter” Azərbaycan çempionatlarında səfərdə 250 və daha çox qol vuran 6-cı komandadır. “Neftçi” 461, “Qarabağ” 362, “Kəpəz” 291, “Turan” 280, “Bakı” 272 səfər qoluna sevinib.
Qeyd edək ki, “Araz-Naxçıvan”la oyunun nəticəsi ləğv olunduqdan sonra hesabında səfərə qələbəsi olmayan “İnter” mövsümdə ilk dəfə rəqib meydanında 3 xal qazanıb.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır