"İnter"lə oyuna akkreditasiyanı sadəcə Peşəkar Futbol Liqasında qeydiyyatdan keçmiş media qurumları ala bilərlər"
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin İtaliya "İnter"i ilə keçiriləcək oyunu ilə əlaqədar jurnalistlərə müraciət edib. Qol.Az-ın xəbərinə görə, klubun rəsmi saytı vasitəsi ilə yayılan müraciətdə deyilir:
"Dəyərli media mənsubları!
Dekabrın 11-də Avropa Liqasının VI turunda "Qarabağ" İtaliya "İnter"ini qəbul edəcək. Ölkə futbol tarixinin bəllkə də ən vacib qarşılaşmasına böyük marağın olması anlaşılandır. Ötən oyunlarda media sektorundakı bəzi xoşagəlməz hallar UEFA-nın oyuna təhkim olunmuş qrupun məruzəsində qeyd edilib.
Media sektorunda iş səmərəliliyinin təmin olunması üçün UEFA-nın müvafiq qurumunun təlimatlarına əsasən, aşağıdakı şərtlərlə akkreditə vərəqəsini əldə etmək şansı mümkündür:
Oyuna akkreditasiyanı sadəcə Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş media qurumları ala bilərlər.
PFL-dən 96 mətbu orqan qeydiyyatdan keçdiyinə görə 96 akkreditə veriləcək (qeydiyyatdan keçənlərdən hansısa olmadığı halda müraciət edən orqanın aktivliyinə görə əlavə akkreditə əldə edə bilər)
PFL-də qeydiyyatdan keçməyən mətbu orqanlar qonaq sektoruna bilet əldə edə bilərlər (maksimum 2 ədəd)
Qeydiyyatdan keçmiş mətbu orqanlar əlavə əməkdaşlarına da maksimum 2 ədəd bilet əldə edə bilərlər.
Qeydiyyatdan keçmək üçün dekabr 5- saat 12:00-a qədər PFL-dəki qeydiyyat vəsiqəsinin surətini və fotosunu (həcmi 0.5 MB az olmayan) [email protected] adresinə göndərməsi xahiş olunur.
Foto akkreditasiyası eyni sistemlə həyata keçiriləcək. PFL- qeydiyyatl olanlar "PRESS" qeydiyyatı ilə yanaşı "FOTO" akkreditəsi də əldə edə bilərlər. (Eyni proses həyata keçirilməlidir: iş vəsiqəsi və fotosunu göndərmək lazımdır. Müstəqil fotoqraflara da şamil olunur)
"Qarabağ" - "İnter" oyununda sadəcə, fərdi olan, fotolu akkreditasiya vəsiqəsi ilə iştirak mümkün olacaq. Akkreditasiyaları 8-9 dekabr tarixlərində 9:00-dan 18:00-a qədər Suraxanıda yerləşən "Qarabağ" Futbol Klubunun bazasından əldə edə bilərsiz.
Əlaqə telefonları:
077 219-39-19
055-272-79-99"
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir
“İnter” Azərbaycan millisinin hücumçusu ilə maraqlanır