Sabah Azərbaycan kubokunda 2014/2015 mövsümünün 1/8 final mərhələsinin oyunları keçiriləcək.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışa bu mərhələdən başlayacaq “Qəbələ” 10-cu dəfə ölkə kubokunda mübarizəyə qoşulacaq.
Yubiley mövsümü “Ağsu” ilə görüşlə başlayacaq. Birinci divizion təmsilçisi indiyədək “qırmızı-qaralar”la qarşılaşmayıb. Bu üzdən Ağsunun eyniadlı təmsilçisi “Qəbələ”nin tarixinə 38-ci rəqib kimi düşəcək.
Bu oyun Dorinel Muntyanu və yetirmələri üçün əlamətdar olacaq. Rumıniyalı Azərbaycan kubokunda debüt edəcək, həm də “Qəbələ”ni 15-ci rəsmi matça çıxaracaq. Bu görüşdə Ürfan Abbasov 75-ci, Ruslan Tağızadə ilə Rafael Santos 30-cu dəfə qırmızı-qara forma ilə meydana çıxacaq.
“Ağsu” ilə oyun “Qəbələ”nin kubokda yubiley – 40-cı oyunu olacaq. Penaltilər seriyası nəzərə alınmamaqla, 18 qələbə, 13 heç-heçə və 8 məğlubiyyəti olan “qırmızı-qaralar” 1/8 finala uğurlu seriya ilə gedir. Belə ki, 2010/11 mövsümünün 2011-ci il martın 8-də keçirilən “Bakı” ilə 1/4 finalın səfər matçından (0:1) sonra “Qəbələ” 12 oyunluq məğlubiyyətsizlik seriyasına malikdir. Bu müddətdə 5 qələbə və 7 heç-heçəyə nail olan komanda 2 dəfə evdə buraxdığı qollar, 1 dəfə penaltilər seriyası ilə rəqibinə yenilib.
3 dekabr
Azərbaycan kuboku, 1/8 final mərhələsi
"Qəbələ" - "Ağsu"
Qəbələ şəhər stadionu, saat 15:00
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur