Azarkeşlər arasında ölümlə nəticələnən dava

Azarkeşlər arasında ölümlə nəticələnən dava
XƏBƏR 1 Dekabr 2014 / 20:00 3286
-  A +

İspaniya La Liqasının 13-cü turunda "Atletiko”- "Deportivo” matçı öncəsi iki komandanın azarkeşləri arasında dava düşüb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, insident zamanı Deportivo"nun 30 yaşlı azarkeşi öldürülüb, 11 nəfər isə yaralanıb.

Madridli azarkeşlər onu körpüdən çaya itələyib. Çaydan çıxarılan və xəstəxanaya aparılan azarkeşin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, "Atletiko" - "Deportivo" matçı birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər