"Neftçi"nin futbolçusu meydanı özbaşına tərk etmək istədi

"Neftçi"nin futbolçusu meydanı özbaşına tərk etmək istədi
XƏBƏR 24 Noyabr 2014 / 18:42 7827
-  A +

Azərbaycan Premyer Liqasının 13-cü turunda hazırda davam edən "Xəzər Lənkəran" - "Neftçi" matçında növbəti gərginlik yaşanıb.

Oyunun 67-ci dəqiqəsində baş hakim Elvin Əsgərov Karlos Kardosonun Rahid Əmirquliyevə qarşı oyununu kobudluq kimi dəyərləndirərək, futbolçunu sarı vərəqə ilə cəzalandırıb.

Bu isə braziliyalı futbolçunun ciddi etirazına səbəb olub. Braziliyalı müdafiəçi özbaşına meydanı tərk etmək istəyib. Kardoso əli ilə baş məşqçi Arif Əsədova işarə edərək, əvəzlənməsini istəyib.

Yalnız komanda yoldaşları və məşqçilər korpusunun fikrindən sonra braziliyalı futbolçu oyunu davam etdirmək qərarına gəlib (Futbolxeber.az).

Son xəbərlər