Cənubi Koreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatına yekun vurulub.
Qol.Az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandamız yarışda 1 gümüş və 1 bürünc medal qazanıb.
69 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova bu dəfə bürünc medalla kifayətlənib. Boksçumuz yarımfinalda Panama təmsilçisi Athena Bilona məğlub olub.
Yana Alekseyeva (60 kq) isə yarımfinalda fransalı Estell Mosseli üzərində qələbə qazanıb – 2:1. Ancaq milli komandamızın üzvü finalda dünyanın ən güclü qadın boksçusu hesab olunan irlandiyalı Keti Teylorla qarşılaşmalı olub. Alekseyeva Olimpiya, 5 qat dünya və 6 qat Avropa çempionu olan rəqibinə layiqli müqavimət göstərsə də, hakimlər qələbəni Teylora veriblər.
Qeyd edək ki, komandamız 2 il əvvəl Çində keçirilmiş dünya çempionatında 1 gümüş medal qazanıb. Yelena Vıstropova 2-ci yeri tutmaqla yanaşı, London Olimpiadasına lisenziya da əldə edib.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı