“Bakı” klubunun yarımmüdafiəçisi Cəmşid Məhərrəmovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə Premyer Liqamızın 12-ci turunda “Qarabağ”a məğıub olduğunuz (2:4) oyun haqda fikirlərini bilmək istərdik.
- Rəqibimizin hansı komanda olduğunu yaxşı başa düşürdük. Buna görə də çox ciddi hazırlaşmışdıq. Oyun gərgin oldu. Komandamız yaxşı təsir bağışladı. Ancaq bəzi haqsızlıqlar məğlubiyyətimizə səbəb oldu.
- Hakim səhvlərinə görə uduzdunuz?
- Demirəm ki, sırf hakimin qərarları bizi uduzdurdu. Ancaq hesab başqa cür ola bilərdi. İnanın ki, “Qarabağ”ın üçüncü qolu bizi tamamilə ruhdan saldı. Haqsızlıq görəndə insan həddindən artıq əsəbi olur. Belə vəziyyətdə isə oynamq mümkün deyil.
- Konkret olaraq hakimin hansı qərarı ilə razşılaşmırsınız?
- Rəqibin üçüncü qolu sayılmamlı idi. Çünki qol epizodundan əvvəl “Qarabağ”ın hücumçusu Emeqara futbolçumuzu dartırdı. Düz hakimin gözünün qarşısında futbolçumuzu yıxdı. Baş hakimin bunu görməməsi mənə çox qəribə gəldi. Haqsızlığın qurbanı olduq.
- Baş məşqçiniz İbrahim uzunca oyundan sonra keçirdiyi mətbuat konfransında bildirdi ki, “Qarabağ” kimi komandaya hakimin köməkliyi lazım deyil. Sən necə düşünürsən, hakim həmin görüşdə qərəzli idi?
- Baş məşqçimiz düz deyir. “Qarabağ”a kömək lazım deyil. Çünki “Qarabağ” hazırda Azərbaycanın adını ucaldan bir komandadır. “Dnepr” kimi bir komandaya səfər qalib gəliblər. İnanıram ki, qrup mərhələsinin növbəti oyunarında uğurlu nəticə qazanıb, “pley-off”a yüksələcəklər. Mən deyə bilmərəm ki, hakim “Qarabağ”a kömək etdi. Səhv etməyən insan yoxdur. İnanıram ki, Orxan Məmmədov qərəzli addım atmayıb. Sadəcə, qeyd etdiyim mübahisəli epizod hakimin gözü önündə olduğu üçün bizə pis təsir etdi.
- “Araz Naxçıvan” çempionatdan çəkildikdən sonra güclülər dəstəsini heç bir komandanın tərk etməyəcəyi dəqiqələşdi. Bu, komandanızda arxayınlıq yaratmadı ki? Nəzərə alaq ki, “Bakı” bu mövsüm çempionatda qalmaq üçün mübarizə aparır.
- Kimlərsə düşünə bilər ki, bizim əsas məqsədimiz çempionatda qalmaqdır. Ancaq iddamız daha böyükdür. Tədricən oyunumuz daha yaxşı alınır. Komandada inkişaf hiss olunur. İnanın ki, bizim məqsədimiz tək çempionatda qalmaq yox, həm də yüksək yerlərdən birini tutmaqdır. Çalışırıq ki, mövsümü yaxşı yerdə tamamlayaq. Oyunlarımızda inkişaf hiss olunur. Bizim elə gəc futbolçularımız var ki, onların sayəsində növbəti mövsümdə daha yüksək yerlər uğrunda oynaya bilərik. Çempionatda istənilən rəqiblə başabaş mübarizə apara və qələbə qazana bilərik.
- “Bakı” bu mövsüm az qol vurmaqla yanaşı həm də ən çox qol buraxan komandadır. Təcrübəli futbolçu kimi heyətdə hansı çatışmazlıqların olduğunu deyə bilərsən?
- Biz “İnter” və “Xəzər Lənkəran”la oyunlarda acı məğlubiyyətlərlə üzləşdik. Demək olar ki, qolların yarısını həmin iki oyunda buraxmışıq. Deməzdim ki, bu işdə müdafiəçilərimiz günahkardır. Ümumi komanda şəklində zəif təsir bağışlamışıq. Heyətimizə gəldikdə isə bütün komandalar kimi bizim də qışda güclənməyə ehtiyacımız var. Bunları baş məşqçi daha yaxşı bilir. Yəqin ki, lazım olan transferlər ediləcək.
Ramiq AĞAMƏMMƏDOV
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı