"Simurq"la ilə iki illik müqavilə imzalayan Tural Axundov klubun rəsmi saytına müsahibə verib.
- İlk öncə təbrik edirik. Artıq bir ildən artıqdır komandadasan. Bununla bağlı fikirlərini bilmək istərdik...
- Məşqçilər və klub rəhbərliyi sağ olsun ki, məni bu komandaya dəvət etmişdi. Qeyd etdiyiniz kimi artıq bir ildən çoxdur “Simurq”dayam. Bu qərarıma görə də heç bir vaxt peşman olmamışam. Öz növbəmdə oyunumla bu qərarlarının düzgün olduğunu göstərmək üçün hər oyunda özümü doğrultduğumu hesab edirəm. Bundan sonra da daha yaxşı olmaq üçün çalışacağam.
- Bu müddəti özün üçün necə dəyərləndirərdin?
- Düzünü deyim keçən mövsüm elə də davamlı olaraq yaxşı oyun nümayiş etdirə bilmədim. İlk vaxtlarda komandaya və Zaqatalaya uyğunlaşmağa çalışdım. Daha sonra arada zədələrim oldu. Ancaq sonrada məşqçinin və komandanın taktikasına uyğunlaşdım. Bu mövsüm şükürlər olsun ki, oyunumdan razıyam. Ümid edirəm ki, mənim üçün zədəsiz bir mövsüm olar. Komandamızın uğur qazanması üçün də üzərimə düşən işin öhdəsindən layiqincə gələrəm.
- “Simurq”un hazırda çempionatdakı vəziyyəti haqqında nə deyərdin?
- Geridə qalan on iki turda çox lazımsız xallar itirdik. “Bakı”, “Qəbələ” oyunlarında məğlub olmamalıydıq. “Xəzər Lənkəran”la səfərdə keçirdiyimiz qarşılaşmada rəqibdən yaxşı oynasaq da, bəxtimiz gətirmədi ki, oradan xalla qayıdaq. Bu görüşlərdəki nəticələrimiz mövsümün sonuna qədər bizə mane olacaq. Əgər hər şey istədiyimiz kimi olsa idi, indi turnir cədvəlinin ilk üçlüyündə biz də var idik. Ancaq hələ şanslarımız var. Hazırda dördüncü pillədəyik. Qarşıdakı oyunlarda maksimum nəticə göstərib, sonda istəyimizə nail olacağıq. Heç bir çəkilən əziyyət qarşılıqsız qalmır. Hər şey öz əlimizdədir. Allahın köməkliyilə sonda sevinən tərəflərdən biri də biz olacayıq.
- Növbəti rəqib “Qəbələdir”. Bu oyunla bağlı düşüncələrin nədir?
- Hər bir komanda öz meydanında daha güclü oyun nümayiş etdirir. Biz mövsümün əvvəlindən hər qarşılaşmaya yalnız üç xal qazanmaq üçün çıxırıq. “Neftçi” qalibiyyətindən sonra komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bunun davamını gətirmək istəyirik. Bilirik ki, bizi çətin oyun gözləyir. Ancaq bir heç bir rəqibdən çəkinmirik. İnanıram ki, Qəbələdən üç xalla qayıdıb, turnir cədvəlindəki iddiamızı bir daha nümayiş etdirəcəyik.
- “Simurq”un heyətində azarkeşlərin ən çox sevdiyi futbolçulardan biri də sənsən. Bu barədə nə deyərdin?
- Azarkeşsiz futbolun marağı yoxdur. Onlar hazırda ölkədə bir nömrədir. Hər bir qələbəmizdə böyük pay sahibləridir. Yalnız oyunlarda deyil, məşqlərdə belə gəlib bizi dəstəkləyirlər. Buna görə onlara təşəkkür edirəm. Mən də onları çox sevirəm. Hər birinə hörmətlə yanaşıram. Bizlər çalışırıq “Simurq” gözəl nəticələr qazansın və meydanda sevinən tərəf bizim azarkeşlərmiz olsunlar.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?