Azərbaycan və “Qəbələ” İdman Klubunun təmsilçisi Pərviz Abdullayev də kikboksinq yarışlarında növbəti döyüşünü keçirəcək.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, idmançımız sabah Belarusun paytaxtı Minsk şəhərində baş tutacaq döyüşdə qüvvəsini sınayacaq. O, “Mix Fighter” klubunun təşkil etdiyi “Yeni üfüqlər” yarışının Qrand-final döyüşlərinin baş tutacağı gecənin iştirakçısı olacaq. Ümumiyyətlə isə burada 14 ölkədən olan idmançılar rinqə çıxacaq. Əvvəl “Minsk-Arena”nın rinqində dünya yığması ilə təşkilatçı klubun üzvləri arasında döyüşlər baş tutacaq. Abdullayev bunun ardınca baş tutacaq 4 superdöyüşdən birində gücünü sınayacaq. İdmançımız K1 qaydaları ilə baş tutacaq döyüşdə 72,5 kq çəki dərəcəsində dünya kəməri uğrunda mübarizə aparacaq.
Kikboksinqçimiz planetin ən güclüsü olmaq uğrunda mübarizədə Mərakeş idmançısı Raşid Belani ilə üz-üzə gələcək. Hollandiyanın VOS GYM klubunu təmsil edən rəqibi ilə qarşılaşmanın qalibi İPCC-nin dünya çempionu adına da yiyələnəcək. Abdullayevin döyüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bütün döyüşlər “Boyets” televiziya kanalı ilə yayımlanacaq.
Xatırladaq ki, Abdullayev bu ilin yayında Qəbələdə baş tutan döyüşdə çinli Jiao Fukaini nokautla məğlub edib.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi