"Çempionlar Liqası karyeramın bir hissəsidir. Elə mən də bu turnirin bir parçasıyam. Əgər üçüncü dəfə ÇL-in qalib olsam, bu kuboku üç fərqli komandada qazanmış mütəxəssis kimi tarixə düşəcəm".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
Portuqaliyalı mütəxəssis yenidən ÇL-i qazanmaq istədiyini bildirib: "Bir çox böyük məşqçilər var ki, karyerası ərzində Çempionlar Liqasını qazana bilməyiblər. Əgər mən ÇL-in heç bir oyununda qələbə qazanmasam belə, turnirin iki dəfə qalibi olmuş mütəxəssis kimi tarixdə qalacam. Bununla fəxr edirəm. Əlbəttə, yenidən Çempionlar Liqasının qalibi olmaq istəyirəm. Qarşıda hələ çox illərim var və bu uğuru təkrarlamaq üçün çalışacam. Ancaq hazırda məni qrup mərhələsinin 6 oyunu düşündürür. Yolumuza davam etmək üçün qrup mərhələsində uğur qazanmalıyıq".
Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində sabah, evdə "Şalke" klubunu qəbul edəcək.
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi