“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin “Valletta” ilə cavab oyunuöncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Rəqib artıq bizə tanışdır. İlk oyundan sonra hansı çatışmazlıqlarımız olduğunu gördük. Çox səhvlərimiz oldu. Bu da normal haldır. İstər-istəməz ilk oyunda oyunçuların hazırlıq səviyyəsi yerində olmur. Əvvəldən qeyd etmişdim ki, hansısa səhvlərimiz ola bilər. Yaxşı nəticə ilə səfərdən dönmüşük. Ancaq çox ciddi hazırlaşmışıq. Rəqib düşündüyümüzdən də güclüdür. Təcrübəli futbolçuları var. Bunu hər bir oyunçumuz başa düşür.
- Sabah “Zalsburq”dan olan nümayəndələr bu oyunu izləyəcək. Ola bilərmi “Qarabağ” tam gücünü ortaya qoymasın, hansısa eksperment etsin?
- Məni qətiyyən “Zalsburq” maraqlandırmır. Hansısa eksperment aparmağın vaxtı deyil. Bu çox riskli ola bilər. İlk növbədə “Valletta” səddini keçməliyik.
- Zədəli futbolçuların durumu necədir?
- Maksim Medvedyev sabahkı oyunda olmayacaq. Rəşad Sadıqov həkim nəzarəti altındadır. O da sabah komandaya kömək edə bilməyəcək. Yəqin ki, növbəti həftə hər ikisi hazır olacaq.
- “Valletta”nın oyununu təhlil edə bilmədiyinizi demişdiniz. Buna nə səbəb oldu?
- Rəqibin heyətində xeyli dəyişikliklər baş verib. Son yoldaşlıq oyunlarını izləmişdik. Həmin heyətlə indiki arasında böyük fərqlər var. "Valletta"nın göndərdiyi materiallar bizə komandanı öyrənməyə imkan vermədi.
- Oyunun bu qədər gec başlamasının səbəbi nədir?
- Orucluq ayını nəzərə almışıq. Azarkeşlərimizi də düşünürük. Onlar iftar süfrəsinə çatmalıdır.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video